Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Motsart” gəmisinin qaçırılan heyət üzvlərilə əlaqə yaradıldı

“Motsart” gəmisinin qaçırılan heyət üzvlərilə əlaqə yaradıldı

Tarix: 28 Yanvar 2021 20:44

Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalan "Motsart" konteyner gəmisinin qaçırılan heyət üzvlərilə əlaqə qurulub.

Bu barədə "Anadolu" agentliyi gəminin məxsus olduğu "Boden Dənizçilik" şirkətinə istinadən məlumat verib.

Məlumatda bildirilir ki, şirkət nümayəndələri girovluqda olan heyət üzvlərilə təmas qurmağa nail olublar.

"Gəminin qaçırılan 15 heyət üzvünün hamısının sağlamlıq vəziyyətinin normal olduğu və onların birlikdə saxlanıldığı müəyyən edilib. Şirkətimiz və ortaqlarımız prioritet olaraq bütün heyət üzvlərinin sərbərst buraxılması üçün əlindən gələni edir.

Həmçinin, dənizçilərin ailələri ilə də davamlı əlaqə saxlanılır. Girovların təhlükəsizliyi və sağlamlıqlarının qorunması məqsədilə əlavə məlumat verməyəcəyik", - deyə "Boden Dənizçilik"dən bildirilib.

Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus, Liberiya bayrağı altında üzən "Motsart" gəmisinə hücum ediblər.

Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb. Hücum zamanı azərbaycanlı mühəndis Fərman İsmayılov həlak olub.


Etiketlər:  Motsart gəmisinin qaçırılan heyət üzvlərilə əlaqə yaradıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ