Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2021 20:52
ABŞ kəşfiyyat idarələrinin smartfonlardan icazəsiz alınan yer bildirişlərindən istifadə etdiyi iddia olunur.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, son 2,5 ildə Müdafiə Kəşfiyyat Agentliyi (DİA) analitikləri bu tip verilənlər bazası üzərində 5 ayrı araşdırma apararaq nəticələri Oregon Demokrat Senatoru Ron Wyden ilə paylaşıblar. Bununla yanaşı, immiqrantları izləmək və həbsdə olan immiqrantları araşdırmaq üçün telefonlardaki ərazi məlumatlarından istifadə edildiyi də vurğulanıb. Xüsusilə də müsəlmanların sıx istifadə etdiyi Muslim Pro-nun istifadəçilərinin yer məlumatlarını ABŞ ordusuna satdığı qeyd edilib.
Xatırladaq ki, noyabrda işin üstü açılandan sonra Muslim Pro məlumat paylaşımını dayandıracağını söyləyib. Həmçinin Apple və Google şirkətləri telefonlardan məlumat toplayan bu tətbiqləri bloklayacaqlarını açıqlayıblar.