Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Hər şey gözlədiyimdən də yaxşı keçdi'' - Samir Abasov

''Hər şey gözlədiyimdən də yaxşı keçdi'' -  Samir Abasov

Tarix: 19 Iyul 2019 11:00

“Oyun bir az sərt keçdi. Bu da başadüşüləndir. Çünki hamı özünü göstərmək istəyir. “Keşlə”yə də uğurlar arzulayıram".
 
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov "Keşlə" ilə yoxlama oyunundan (2:2) sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Komandasının hazırlığından razı qalan çalışdırıcı qarşıdakı planlardan da danışıb: "Hazırlığın geridə qalan müddəti haqda onu deyə bilərəm ki, hər şey gözlədiyimdən də yaxşı keçdi. Futbolçular komandaya ilk gündə qoşulanda elə vəziyyətdə idi ki, sanki çempionat yenicə başa çatıb. Bu da futbolçuların peşəkarlığından irəli gəlir. Bu, həddən artıq sevindiricidir. Yeganə üzücü məqam Tellur Mütəllimov və Cavid Hüseynovun zədələnməsi oldu. Amma ümid edirik ki, tez müddətdə sağalıb, komandaya qoşulacaqlar. Azərbaycanda sonuncu oyunumuz idi. Ayın 20-də Türkiyədə toplanışımızın ikinci hissəsi başlayacaq. Orada da 4 yoxlama oyununa çıxacağıq”.
 


Etiketlər:  Hər şey gözlədiyimdən yaxşı keçdi Samir Abasov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ