Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Google şirkəti Chromium əsaslı kənar brauzerlərin funksiyalarını məhdudlaşdıracaq

Google şirkəti Chromium əsaslı kənar brauzerlərin funksiyalarını məhdudlaşdıracaq

Tarix: 28 Yanvar 2021 21:20

Brauzerlərin yaradılması üçün nəzərdə tutulmuş ən məşhur mühərriklərdən biri Chromium-dur. Bu mühərrik Google mütəxəssisləri tərəfindən yaradılıb və hətta Microsoft Edge brauzerində də istifadə olunur. Görünür, yaxın zamanda böyük olmayan brauzerlərin tərtibatçıları ciddi problemlər ilə qarşılaşa bilərlər. Belə ki, Google öz texnologiyalarını kənar brauzer tərtibatçıları üçün məhdudlaşdırma niyyətindədir. Bu barədə 4pda saytı xəbər verib. Məlum olub ki, Chromium əsasında brauzer yaradan zaman tətibatçılar yalnız Chrome brauzeri üçün nəzərdə tutulmuş eksklüziv funksiyalardan da istifadə edirlər.

Onların arasında Chrome Sync və Click to Call kimi funksiyalar mövcuddur. Müəyyən müddət ərzində Google şirkəti bu məsələyə göz yumurdu. Lakin şirkət artıq öz brauzeri üçün nəzərdə tutulmuş bir sıra texnologiyaları kənar tərtibatçılar üçün

Chromium-dan istifadə edən Opera və Edge kimi böyük brauzerlər yaranacaq problemi rahatlıqla aradan qaldıra biləcəklər. Lakin Vivaldi və Brave kimi kiçik brauzerlər məhdudlaşdırma nəticəsində ciddi problemlər ilə qarşılaşa bilərlər. Chrome API üçün olan eksklüziv funksiyaların sinxronlaşdırılması özəlliyi 15 mart tarixində bloklanacaq. Bu isə o deməkdir ki, Click to Call və digər funksiyalar məhdudlaşdırılacaq. Həmin vaxta kimi brauzerlər bu funksiyaların fərdi analoqlarına keçid etməlidirlər.


Etiketlər:  Google şirkəti Chromium əsaslı kənar brauzerlərin funksiyalarını məhdudlaşdıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ