Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2021 12:16
Bakı. Elçin Mehdiyev - Trend:
Peşə hazırlığının yenidən qurulması sahəsində dövlət-özəl sektorun əməkdaşlığı zamanı özəl sektor qarşısında birinci qoyacağımız tələb bizim peşə hazırlığına cəlb edəcəyimiz müdavimlərin birmənalı olaraq işlə təmin edilməsi ilə bağlı olacaq.
Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib.
M.Abbasbəyli deyib ki, bu ildən bu sahədə önəmli irəliləyiş əldə olunacaq.