Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İbrahimoviç və Lukakunun cəzası açıqlandı

İbrahimoviç və Lukakunun cəzası açıqlandı

Tarix: 29 Yanvar 2021 20:42

İtaliya kubokunun 1/4 finalında keçirilən "Milan" - "İnter" matçında (1:2) qırmızı vərəqə alan futbolçuların cəzası müəyyənləşib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, "Milan"dan Zlatan İbrahimoviç və "İnter"dən Romelu Lukaku 1 oyunluq cəzalandırılıb. Oyunçuların gələcəkdə eyni hərəkətləri edəcəkləri təqdirdə, cəzanın sərtləşə biləcəyi vurğulanıb.

Qeyd edək ki, ilk hissəsin sonlarında "Milan"ın müdafiəçisi Alessio Romanyoli Romelu Lukakuya qarşı kobud oynayıb. Lukaku ilə Romanyoli arasındakı mübahisəyə İbrahimoviç də qoşulub. Nəticədə bu iki oyunçu kəllə-kəlləyə gəlib, lakin insident əlbəyəxa davaya çevrilməyib.

"Sportmediaset" saytı bildirib ki, Zlatan Lukanın ünvanına bu təhqiramiz ifadəni işlədib:  "Get p..nu ye, eşşək". Cavabında Lukaku İbrahimoviçi "fahişə oğlu" adlandırıb.

Baş hakim hər iki oyunçuya sarı vərəqə göstərib. 58-ci dəqiqədə isə İbrahimoviç kobud oyuna görə ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.

Milli.Az


Etiketlər:  İbrahimoviç Lukakunun cəzası açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ