Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2021 00:56
Bakı. Trend:
Rusiyanın Samara vilayətində avtobusun iştirakı ilə baş verən qəzada ölənlərin sayı 12 nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə Rusiyanın İstintaq Komitəsindən bildiriblər.
Bildirilib ki, daha 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb:
"İndiyədək yol qəzası nəticəsində 12 nəfər ölüb, daha 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan beşi reanimasiyadadır".
Qeyd edək ki, qəza yanvarın 29-u axşam şaatlarında M-5 "Ural" federal magistral yolunun 873-cü km-də, Samara vilayətinin Zaborovka qəsəbəsi ərazisində baş verib. Yük maşını, minik avtomobili və minik mikroavtobusu toqquşub.
XXX
23:29
Rusiya Federasiyasının Samara vilayətində avtobus və yük maşınının iştirakı ilə baş verən qəzada 10 nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə Rusiyanın İstintaq Komitəsinin İstintaq İdarəsindən bildiriblər.
Bildirilib ki, hadisə nəticəsində 14 nəfər yaralanıb.
Məlumata əsasən, qəzanın səbəbi avtobusun yük maşınını ötmək cəhdi ola bilər.
Hadisə yerində yanğın və xilasetmə bölmələri qəzaya düşmüş sərnişinlərə kömək edir.