Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2021 08:20
Abşeron rayon sakini beş bıçaq zərbəsi ilə qətlə yetirilib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Hökməli qəsəbəsində baş verib.
Abşeron Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1980-ci il təvəllüdlü Məmmədov Anar Müstəcab oğluna yaşadığı evdə beş bıçaq zərbəsi vurulub. O, yaxınları tərəfindən yaralı halda aşkar edilib. A.Məmmədov xəstəxanaya çatdırılarkən dünyasını dəyişib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.