Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İbrahimoviçlə Lukakunun cəzası açıqlandı

İbrahimoviçlə Lukakunun cəzası açıqlandı

Tarix: 30 Yanvar 2021 14:22

İtaliya kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş "İnter" - "Milan" matçındakı (2:1) qalmaqalla diqqət mərkəzinə düşən futbolçuların cəzası müəyyənləşib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Milan"dan Zlatan İbrahimoviç, "İnter"dən isə Romelu Lukaku 1 oyunluq cəzalandırılıb.

Qeyd edək ki, ilk hissəsin sonlarında "Milan"ın müdafiəçisi Alessio Romanyoli Romelu Lukakuya qarşı kobud oynayıb. Lukaku ilə Romanyoli arasındakı mübahisəyə İbrahimoviç də qoşulub. Nəticədə bu iki oyunçu kəllə-kəlləyə gəlib, lakin insident əlbəyaxa davaya çevrilməyib.

Baş hakim hər iki oyunçuya sarı vərəqə göstərib. 58-ci dəqiqədə isə İbrahimoviç kobud oyuna görə ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.

Milli.Az


Etiketlər:  İbrahimoviçlə Lukakunun cəzası açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ