Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadıldı

Tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadıldı

Tarix: 30 Yanvar 2021 14:28

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb.

Sonxeber.net-ın məlumatına görə, Baş nazir bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti martın 31-dək uzadılıb. Əvvəl bu müddət yanvarın 1-dək müəyyən edilmişdi.


Etiketlər:  Tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ