Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2021 15:28
"Deportes&Finanzas" portalı 2020-ci ildə sosial şəbəkələrdə Avropanın ən populyar futbol klublarının reytinqini tərtib edib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, siyahıda Azərbaycan Premyer Liqasının lideri "Qarabağ"ın da adı var.
"Böyük beşlik" liqalarından İngiltərədə "Liverpul", İspaniyada "Barselona", İtaliyada "Yuventus", Almaniyada "Bavariya", Fransada isə PSJ öz rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, təhlil zamanı klubların sosial şəbəkələrdə fəaliyyəti, paylaşımlarına gələn bəyənmə, şərh və baxış sayları nəzərə alınıb.