Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xiaomi Mi11 Pro-nun yeni görüntüləri yayımlandı

Xiaomi Mi11 Pro-nun yeni görüntüləri yayımlandı

Tarix: 30 Yanvar 2021 22:52

Xiaomi Mi11 Pro smartfonunun yeni görüntüləri yayımlanıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, cihaz Snapdragon 888 prosessorundan güc alacaq. Bundan başqa, telefonun arxa tərəfinin görüntüsü də dəqiqləşib. Smartfonun arxasında 4 kamera yer aldığı məlum olub.

İddiaya görə, cihaz 120Hz yeniləmə sürətinə və 480Hz toxunma həssaslığına, 6,81 düymlük ekrana, 3200×1440 görüntü imkanına və 515 PPI piksel sıxlığına sahib olacaq. Ekran, eyni zamanda DCI-P3 dəstəyinə malikdir. 1500nit-lik parlaqlıq göstəricisi ilə ən yüksək rəng aralığına sahib "ağıllı" telefon ünvanını daşıyacaq.

120W kabelli, 80W kabelsiz sürətli enerjiyığma texnologiyasına, 16 GB əməli yaddaşa ev sahibliyi edəcək modeldə 50 Mp-lik əsas kamera da olacaq. Buna 120x rəqəmli yaxınlaşdırma gücü olan Telefoto obyektli köməkçi və nisbətən daha kiçik ölçülü üçüncü kamera yoldaşlıq edəcək.


Etiketlər:  Xiaomi Mi11 yeni görüntüləri yayımlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ