Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-ın daha iki ştatında ''Cənubi Afrika ştammı'' yoluxma halları qeydə alınıb

ABŞ-ın daha iki ştatında ''Cənubi Afrika ştammı'' yoluxma halları qeydə alınıb

Tarix: 31 Yanvar 2021 05:46

Bakı. Trend:

Amerikalı mütəxəssislər Merilend ştatında daha əvvəl Cənubi Afrikada aşkar edilmiş koronavirusun yeni ştammına yoluxma hadisəsini qeyd ediblər.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu həftə virusun daha iki daşıyıcısı Cənubi Karolinada da aşkarlanıb.

Daha əvvəl ölkədə "Cənubi Afrika ştammı"nın yayılması ehtimalını ABŞ Xəstəliklərə nəzarət və qarşısının alma federal mərkəzinin rəhbəri Roşel Valenski bildirib. Bu növ virusun digərlərindən daha ciddi nəticə yaratdığına dair bir dəlilin olmaması qeyd edilir. ABŞ Milli allergik və yoluxucu xəstəliklər institutunun direktoru Entoni Fauçi mövcud peyvəndlərin "Cənubi Afrika ştammı"na qarşı daha az təsirli ola biləcəyini deyib.


Etiketlər:  ABŞ daha ştatında Cənubi Afrika ştammı yoluxma halları qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ