Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2021 10:26
Keçən ilin dekabr ayında Nigeriya sahillərində dəniz quldurları tərəfindən girov götürülən "Stevia" yük gəmisinin heyətindəki Ukrayna vətəndaşları sərbəst buraxılıb və onlar təhlükəsizdirlər.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski İnstaqram hesabında yazıb.
"Bu gün altı ukraynalı dənizçi sərbəst buraxıldı - "Stevia" gəmisinin ekipaj üzvləri, ay yarım Nigeriyada piratların əsirliyində idilər", deyə Ukrayna prezidenti qeyd edib.
Zelenski azad edilmiş dənizçilərin fotoşəkilini də paylaşıb.
Xatırladaq ki, keçən il dekabrın 16-da Kamerun bayrağı altında Port Harkourtdan (Nigeriya) Abidjana (Cot de İvar) üzən "Stevia" yük gəmisi Nigeriya sahillərində dəniz quldurları tərəfindən tutulmuşdu.