Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayden sabah ABŞ-ın yeni xarici siyasət kursunu açıqlayacaq

Bayden sabah ABŞ-ın yeni xarici siyasət kursunu açıqlayacaq

Tarix: 31 Yanvar 2021 12:50

ABŞ Prezidenti Co Bayden sabah ölkənin xarici siyasətini əks etdirəcək ilk böyük nitqini söyləyəcək.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, bu barədə NBC News telekanalı xəbər yayıb.

Bildirilir ki, Amerika lideri öz planlarını Dövlət Departamentinə əvvəllər elan etdiyi səfər zamanı açıqlayacaq. Bayden, "Amerikanın dünyadakı yerini bərpa etməyə" yönələn xarici siyasət baxışını ortaya qoyacaq.

O, çıxış zamanı Birləşmiş Ştatların İran, Rusiya, KXDR, Əfqanıstanla bağlı siyasi kursuna toxunulacaq.

Ağ Ev rəhbərinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, Baydenin hakimiyyəti zamanı ABŞ və Rusiyanın münasibətləri mürəkkəb olacaq.

Bayden, həmçinin xarici siyasət sahəsində bir sıra fərmanlar imzalamaq niyyətindədir. Məsələn, söhbət Donald Trampın hakimiyyəti dövründə bir-birilərindən ayrı düşmüş miqrant ailələrinin birləşməsi üzrə işçi qrupunun formalaşdırılmasını təmin edən sənəddən gedir.


Etiketlər:  Bayden sabah ABŞ yeni xarici siyasət kursunu açıqlayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ