Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜTT: 2020-ci il dünya turizmi üçün ən çətin il oldu

ÜTT: 2020-ci il dünya turizmi üçün ən çətin il oldu

Tarix: 31 Yanvar 2021 23:20

Ümumdünya Turizm Təşkilatı (ÜTT) COVID-19 pandemiyası səbəbindən 2020-ci ili 1,07 milyard avro məbləğində gəlir itkisi ilə başa vurub. ÜTT ötən ili qlobal turizm tarixinin ən çətin ili bəyan edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ÜTT-nin hazırladığı Dünya Turizm Barometrinə əsasən 2020-ci ildə xarici turistlərin qlobal turizmdə payı 1 milyard nəfərdən az olub. Bunun nəticəsində qlobal turizm sektoru 1990-cı ilin səviyyəsinə enərək 1,07 milyard avro itkiyə məruz qalıb.

ÜTT-də həmçinin qeyd ediblər ki, turistlərin sayı ildə 74 faiz enib ki, bu da 2009-cu ildəki iqtisadi böhran zamanı qeydə alınmış 4 faiz azalma ilə müqayisədə tələbatın görünməmiş səviyyədə azalması və səfərlərə qoyulan ümumi məhdudiyyətlərlə izah olunur.

Barometr həmçinin onu da göstərir ki, gəlirlərin 2009-cu ilin maliyyə böhranı dövrünə nisbətən 11 dəfədən çox aşağı düşməsi turizm sahəsində çalışan 100 milyondan 120 milyonadək insanın iş yerlərini itirmək təhlükəsi ilə üzləşməsinə səbəb olub.

ÜTT, koronavirus infeksiyasının yayılma sürəti səbəbindən bir çox ölkələrin daha sərt səyahət məhdudiyyətləri, məcburi testlər, karantinlər və bəzi hallarda sərhədlərin bağlanması kimi tədbirləri yenidən tətbiq etdiyinə görə təəssüfləndiyini bildirib.

Bununla birlikdə, ÜTT ümid edir ki, tədricən COVID-19 peyvəndlərinin tətbiqi istehlakçıların etibarını bərpa etməyə və hərəkət məhdudiyyətlərini asanlaşdırmağa kömək edəcəkdir.

İspaniyanın Exceltur turizm peşəkarları Federasiyasının məlumatına görə, ölkə turizminin tarixində ən qeyri-adi olan 2020-ci ildə İspaniya turizminə külli miqdarda ziyan dəyib. Ümumilikdə turizm sahəsinə dəymiş ziyanın miqdarı 99 milyard avro məbləğində dəyərləndirilir.

2020-ci ildə İspaniyada turizm sənayesinin gəliri 46 milyard avro təşkil edib ki, bu da bir il əvvələ nisbətən 110 milyard azdır. Real mənfəətin inflyasiya səbəbindən hətta daha aşağı olmasına baxmayaraq, bu göstərici, 1995-ci ilin səviyyəsinə uyğundur. Hazırda İspaniya turizm tarixinin ən böyük böhranını yaşayır. Turizm sektorunun ÜDM-də xüsusi çəkisi 12,4 faizdən 4,3 faizə düşüb, yəni üç dəfə azalıb. Bu sahədəki fəallıq 20 il əvvəlki səviyyəyə enib.

Asiya-Sakit okean regionu COVID-19 pandemiyasının nəticələrindən ilk zərər çəkmiş və səfərlərə qoyulan ciddi məhdudiyyətlərin hələ də qüvvədə qaldığı Asiya-Sakit okean regionunu 2020-ci ildə ən az sayda 84 faiz (300 milyondan az) turist ziyarət edib.

2020-ci ilin yayında turizm sektorunun cüzi və qısamüddətli bərpa olunmasına baxmayaraq, Yaxın Şərq və Afrikada 75 faiz, Avropaya gələn turistlərin isə sayı 70 faiz azalıb.

Digər tərəfdən ABŞ-a Beynəlxalq turist səfərlərinin sayı isə 69 faiz azalıb.


Etiketlər:  ÜTT 2020 dünya turizmi üçün çətin oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ