Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan kubokunda 1/4 final mərhələsi başlayır

Azərbaycan kubokunda 1/4 final mərhələsi başlayır

Tarix: 1 Fevral 2021 10:08

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, ilk matç günündə 2 görüş keçiriləcək. "Sumqayıt" doğma meydanda "Səbail"i qəbul edəcək. Digər qarşılaşmada "Qəbələ" "Qarabağ"ın qonağı olacaq.

Qeyd edək ki, bu cütlüklərin cavab oyunları fevralın 6-da keçiriləcək.

1 fevral (bazar ertəsi)

16:00. "Sumqayıt" - "Səbail"
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Səbuhi Bayramov
"Kapital Bank Arena"

18:00. "Qarabağ" - "Qəbələ"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Tural Qurbanov
Tofiq Bəhramov adına Respublika Stadionu

2 fevral (çərşənbə axşamı)

16:00. "Keşlə" - "Kəpəz"
"ASK Arena"

18:00. "Neftçi" - "Zirə"
"Bakcell Arena"


Etiketlər:  Azərbaycan kubokunda final mərhələsi başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ