Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2021 16:06
Braziliyada son sutka ərzində daha 27 756 nəfərin koronavirus infeksiyasına yoluxması, 559 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 9 204 731 nəfər yoluxub. Bu müddət ərzində 224 504 koronaviruslu xəstə dünyasını dəyişib.
Həmçinin bu günədək 8 027 042 xəstə müalicə olunaraq sağalıb.