Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2021 19:24
Bakı. Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev - Trend:
2021-ci ilin yanvarında ".az" domenində 131 saytın payına fırıldaqçılar tərəfindən bir səmərəli fişinq-hücum düşüb. Bu, milli domendə qeydiyyata alınan internet resurslara hücumun 0,76 faizini təşkil edir.
Trend bu barədə "Netcraft" analitika şirkətinin hesabatına istinadən məlumat verir.
Ümumilikdə, yerli domendə 278 sayt fişinq hücumuna məruz qalıb ki, bu da ötən ilin dekabr ayı ilə müqayisədə 50 faiz çoxdur.
Bu günədək ".az" domenində 36,5 mindən çox sayt qeydiyyatdan keçib.
"Netcraft"-ın məlumatına əsasən, Ukraynada hər 25 saytın payına fırıldaqçılar tərəfindən bir səmərəli fişinq-hücum düşür.
Özbəkistanda 407 sayta 1, Rusiyada 117 sayta 1, Belarusda 748 sayta 1, Qazaxıstanda 861 sayta 1, Gürcüstanda 274 sayta 1, Latviyada 107 sayta 1, Estoniyada 194 sayta 1, Litvada 204 sayta 1 hücum düşür.