Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2021 21:57
Boston Universitetinin və Yeni yoluxucu Xəstəliklər Milli Laboratoriyasının alimləri koronavirusun ciyərlərə necə təsir etdiyini araşdırıblar.
Sonxeber.net xəbər verir ki, bu barədə "MedicalXpress" portalı bildirib.
Mütəxəssislər insanın ağciyər hüceyrələrinə oxşar süni hüceyrələri böyüdərək sınaqdan keçiriblər. Məlum olub ki, koronavirus hüceyrələrə düşdükdən bir saat sonra toxumaları parçalayır.
"Ən təəccüblü cəhət virusun molekulyar yolla təsir etməsidir. O, ağciyər hüceyrələrini tamamilə yenidən qurur", - tədqiqatın müəlliflərindən biri Endrü Emil bildirib.
O, vurğulayıb ki, virus üç-altı saat sonra metabolik prosesləri dəyişdirir və nüvə membranlarını zədələyir. (publika.az)