Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2021 11:16
Bakı. Fidan Babayeva, Orxan Nəbiyev - Trend:
"AzerGold" QSC uzunmüddətli perspektivdə strateji proqramların maliyyələşməsində dövlət büdcəsindən asılılığının aradan qalxmasına ümid edir.
Trend-in məlumatına görə, bunu "AzerGold"un İdarə heyətinin sədri Zakir İbrahimov şirkətin ötənilki fəaliyyətinin yekunlarına həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, 2035-ci ilədək QSC innovativ tətbiqlərlə dağ-mədən və zərgərlik sənayesinin inkişafında fəal iştirak etməyi planlaşdırır:
"Yaxın zamanlarda "AzerGold" QSC-nin prioritetində mövcud potensialın inkişafı və qonşu ölkələrin bazarına çıxmaq durur".