Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2019 04:20
Bakı. Trend:
ABŞ-ın Medison (Viskonsin ştatı) şəhərinin 13 mindən artıq sakini yanğın səbəbindən eletrik enerjisiz qalıb.
Trend-in "CNN" telekanalına istinadən verdiyi məlumata görə, "Madison Gas and Electric" şirkətinin nümayəndəsi bildirib ki, hazırda əməkdaşlar tez bir zamanda elektrik enerji təchizatını bərpa etmək üçün əllərindən gələni edirlər.
Onun sözlərinə görə, baş verən yanğın texniki nasazlıq səbəbindən olub və anomal istilərlə heç bir əlaqəsi yoxdur.
Telekanal qeyd edir ki, gün ərzində şəhərdə havanın temperaturu 40 dərəcə istiyə qədər yüksəlir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin