Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2021 12:30
Bakı. Trend:
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami Gəncəvinin əsərləri təsviri sənətdə” Respublika elmi konfransı keçiriləcək.
Nazirlikdən Trend-ə verilən məlumata görə, “Nizami Gəncəvinin ədəbi yaradıcılığı təsviri sənətdə” elmi konfransı mədəniyətimizin müxtəlif sahələri üzrə mütəxəssisləri, tədqiqatçıları, eləcə də yeni mövzuların və tədqiqatların aşkara çıxarılması məqsədi ilə həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Dövlət Rəsm Qalereyası sənətşünasları, tədqiqatçıları və tələbələri məqalələri ilə “Nizami Gəncəvinin ədəbi yaradıcılığı təsviri sənətdə” elmi konfransda iştirak etməyə dəvət edir.
Konfransda iştirak etmək istəyən şəxlərin tezislərini 31 may 2021-ci il tarixinə qədər [email protected] ünvanına göndərməlidir.
Məqalələrin tərtibi qaydaları:
Həcm 3 səhifəyə qədər, format A4, şrift Times New Roman, ölçü 14, hər tərəfdən 2,0 sm, 1,5 interval, abzas 1,25 olmalıdır. Açar sözlər ədəbiyyat siyahısından əvvəl göstərilməlidir. Əgər material rus və ya ingilis dilində təqdim edilirsə məqalənin sonunda azərbaycan dilində xülasə əlavə olunmalıdır.Məqalənin strukturu:
Məqalənin adı böyük hərflərlə, qalın şriftlə (ölçü 14) Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə (ölçü 14) Təşkilat və şəhərin adı adi şriftlə (ölçü 12) Məqalənin mətnində qaynaqlara istinad, kvadrat mötərizədə nömrə ilə (istinadın ədəbiyyat siyahısındakı nömrəsinə müvafiq olaraq) verilir (məs.: [1], [2]). İstifadə olunan ədəbiyyatın siyahısı məqalənin sonunda, əlifba sırası ilə və nömrələnməklə verilir (ölçü 14).Elmi konfrans Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il Sərəncamına əsasən “Nizami Gəncəvi İli” çərçivəsində həyata keçiriləcək.