Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tibbi maskalar mutasiyaya uğrayan virusdan qoruya bilmir

Tibbi maskalar mutasiyaya uğrayan virusdan qoruya bilmir

Tarix: 3 Fevral 2021 17:15

Dünyanı cənginə alan koronavirus yayılmaqda davam etdikcə, onun yeni növləri də müəyyən edilir. Bunlardan ən təhlükəlisi isə Covid-19-un Böyük Britaniyada aşkar edilən mutasiyaya uğramış versiyasıdır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, İtaliyada uzun müddətdir virusla mübarizə aparan həkimlərdən biri - Pier Luici Bartoletti Covid-19-un mutasiyaya uğrayan növü ilə bağlı bəzi açıqlamalar verib. O bildirib ki, tibbi maskaların Britaniya variantı hesab edilən B117 virusuna heç bir təsiri yoxdur.

Yeni mutasiyalara qarşı FFP2 və FFP3 maskaları istifadə etmək olar. Virus qapalı yerlərdə maskadan nüfuz edə bilir.

"Bu virus ölümcül olmasa da daha çox yoluxucudur. Gənclərə xüsusi ilə təsir edir. Tez adaptasiya olaraq daha sürətlə xəstəliyə səbəb olur. Ona görə mutasiya olunan varianta qarşı diqqətli olmalıyıq" deyə, həkim söyləyib.

Milli.Az


Etiketlər:  Tibbi maskalar mutasiyaya uğrayan virusdan qoruya bilmir


RƏYLƏR