Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2021 01:16
Bakı. Trend:
Sinqapur hakimiyyəti Dünya İqtisadi Forumunun avqust ayına təxirə salındığını açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Ticarət və Sənayə Nazirliyi bildirib.
Məlumata əsasən, bundan əvvəl Forum may ayında baş tutmalı idi:
"Təşkilatçılar koronavirusla mübarizə ilə əlaqədar beynəlxalq səyahətlərdə məhdudiyyətlərin qalması səbəbindən forumun 17-20 avqust tarixlərinə qədər təxirə salınması təklifi ilə çıxış etdilər".
Qeyd edilib ki, Sinqapur hökuməti Forumun qarşılaşdığı problemləri başa düşür və bu təklifi qəbul edib.