Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2021 20:28
Bakı. Orxan Nəbiyev - Trend:
Dünyada koronavirusun 4 minə yaxın variantı mövcuddur və bu, vaksin istehsalçılarını virusa qarşı müqavimət üsulları axtarmağa vadar edir.
Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın biznes, energetika və sənaye strategiyası məsələləri nazir müavini Nadim Zahavi deyib.
O bildirib ki, vaksin istehsal edən müəssisələr, "Pfizer", "BioNTech", "Moderna", "AstraZeneca" və Oksford universiteti peyvədnlərin koronavirusun müxtəlif variantlarına qarşı dayanıqlı olmaları üçün daim tədqiqatlar aparır.
Qeyd edək ki, bu günədək dünyada koronavirusa yoluxanların sayı 105 milyonu keçib, 2,3 milyon nəfər vəfat edib.