Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

B -12 defisitli anemiya

B -12 defisitli anemiya

Tarix: 4 Fevral 2021 21:21

Orqanizmdə B-12 (siankobalamin) vitaminin çatışmazlığı B-12 defisitli anemiyaya səbəb olur. Bu da qanyaranmanın pozulmasına, sümük iliyində meqloblastların peyda olmasına, eritrokariositlərin parçalanmasına eritrosit və hemoqlobinin azalmasına səbəb olur. Xəstəlik aşağıdakı səbəblərdən baş verə bilir:
- daxili faktor sekresiyasının pozulması
- vitamin B - 12 sərfinin artması
- vitamin B - 12-nin sorulmasının pozulması
- B - 12 nəqlinin pozulması.
Xəstəlik zamanı DNT-nin sintezi pozulur, sümük iliyində eritroid hüceyrələrin pozulması baş verir, onlar böyüyüb əndazədən çıxırlar, meqalositlər sümük iliyində asanlıqla hemolizə uğrayırlar. Orqanizmdə B - 12 defisiti leykositar və trombositar hüceyrələrin inkişafını pozur. Bu vitaminin çatışmazlığı yağ turşuları mübadiləsini pozur, nəticədə orqanizmdə toksiki maddələr toplanır, onurğa beynin yan arxa ciyələri zədələnir.
Xəstələrdə tez yorulma, fiziki gərginlikdə təngnəfəslik, ürəkdöyünmə, ürək nahiyyəsində ağrı hissiyyatı olur. B -12 defisitli anemiya xəstələrində iştahsızlıq, ətdən diksinmə, dilin ucunda ağrı və yanma hissi, yeməkdən sonra ağırlaşma, həzmin getməməsi müşayiət olunur. Xəstələrin ətraflarında keyimə, "qarışqa gəzmə" hissiyatı, baş ağrılarlı da özünü göstərir.
Xəstəliyin diaqnozunu qanın analizləri dəqiqləşdirir.
Müalicə xəstəliyin əmələgəlmə səbəbinin araşdırılması və ortadan qaldırılması istiqamətində aparılır.

Milli.Az


Etiketlər:  B 12 defisitli anemiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ