Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xroniki ürək çatışmazlığı nədir?

Xroniki ürək çatışmazlığı nədir?

Tarix: 4 Fevral 2021 22:42

Xroniki ürək çatışmazlığı əhalini 1-2%-ində aşkarlanır. Yaş artdıqca bu xəstəliyin də rastgəlmə tezliyi artır. 75 yaşdan yuxarı olanlar arasında xroniki ürək çatışmazlığı xəstəliyinə 10% hallarda rast gəlinir.
Xroniki ürək çatışmazlığının formalaşmasında bu və ya digər mexanizmlərin üstünlük təşkil etməsindən asılı olaraq bu patoloji sindromun inkişafının aşağıdakı səbəbləri ayırd edilir:
1. Ürək əzələsinin zəifləməsi:
- miokarditlər
- dilatasion kardiomiopatiya
- kəskin miokard infarktı
- miokardın xroniki işemiyası
- infaktdan sonrakı kardioskleroz
- hipo və hipertrioz
- sistem xəstəlikləri zamanı ürəyin zədələnməsi
- miokardın toksiko-allergik zədələnməsi.
2. Ürək mədəciklərinin hemodinamik yüklənməsi:
- yükönü gərginliyin olması
- yüksək arterial təzyiq
- aorta dəliyinin stenozu
- ağciyər arteriyasının stenozu
- aortal qapaq çatışmazlığı
- mitral qapaq çatışmazlığı
- üçtaylı qapaq çatışmazlığı.
3. Ürək mədəciklərinin dolması:
- sol və ya sağ antriventrikulyar dəliyin stenozu
- ekssudativ və konstruktiv perikardit
- perikardial maye
- miokardın sərtliyinin artması
- endomiokardial fibroz
- miokardın kəskin hipertrofiyası.
4. Toxumaların metobolik təlabatının artması:
- hipoksiya vəziyyəti
- anemiyalar
- xroniki ağciyər ürəyi
- hipertrioz
- hamiləlik.
Xroniki ürək çatışmazlığı xəstələri gecələr boğulma tutmalarından, fiziki yüklənmə zamanı təngnəfəslikdən, ağciyərdə xırıltılar, boyun venalarının şişməsindən, qaraciyərin şişməsi, ödem və assitdən əziyyət çəkirlər.


Etiketlər:  Xroniki ürək çatışmazlığı nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ