Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2021 23:42
Qətərdə keçirilən klublararası dünya çempionatı start götürüb.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, ikinci mərhələnin iki matçı keçirilib.
Meksika təmsilçisi "Tiqres" "Ulsan"la görüşdə əzmkar qələbə ilə yarımfinala yüksəliblər. Şimali amerikalıların növbəti rəqibi fevralın 7-də Braziliya "Palmeyras"ı olacaq. Cənubi koreyalılar isə 5-ci yer uğrunda matçda qüvvəsini sınayacaq.
Ayın 7-də asiyalılar Qətər təmsilçisi "Əl-Duhail"lə üz-üzə gələcək. Meydan sahibləri bugünkü matçda Misir "Əl-Əhli"sinə uduzub. Afrikalılar fevralın 8-dəki ikinci yarımfinalda Almaniya "Bavariya"sı ilə qarşılaşacaq.
Qeyd edək ki, fevralın 1-də keçirilməli olan birinci mərhələnin qarşılaşması Yeni Zelandiya təmsilçisi "Oklend"in turnirə qatılmaması üzündən baş tutmayıb. Texniki qələbə (3:0) qazanan yerli "Əl-Duhail" turu adlayıb.
Klublararası dünya çempionatı
1/4 final
4 fevral
"Tiqres" (Meksika) - "Ulsan" (Cənubi Koreya) - 2:1
Jinyak, 38, 45 (pen.) - Kim, 24
"Əl-Duhail" (Qətər) - "Əl-Əhli" (Misir) - 0:1
Şahat, 30