Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2021 13:21
Bakı. Trend:
05 fevral 2021-ci il tarixində Respublika Veteranlar Təşkilatında Bakı rayonların və Bakı şəhərində fəaliyyət göstərən işğaldan azad edilən rayonların Veteran təşkilatlarının sədrləri ilə Təşkilatın rəhbərliyinin görüşü keçirilib.
Təşkilatdan Trend-ə bildirilib ki, ulu öndər heydər Əliyevin və şəhidlərimizin əbədi xatirəsinin bir dəqiqəlik sükuta yad edilməsi ilə başlayan tədbirdə Respublika Veteranlar Təşkilatının sədri II Dünya müharibəsi veteranı Fatma Səttarova çıxış etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi.
Sədr Təşkilatın artıq qarşısında yeni vəzifələr dayandığını, zamanın tələblərinə uyğunlaşdırılması istiqamətində görülməli olan məsələlərə toxundu. Bütün qəbildən olan veteranlarına göstərilməli olan diqqət və qayğının artırılması, gələcək nəslin vətənpərvər ruhda yetişdirilməsində onların bilik bacarıqlarında istifadə edilməsinə diqqət yetirdi.
Çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəliov Təşkilatının qarşısında ciddi vəzifələrin durduğunu diqqətə çatdırıb, qurumun yerlərdə fəaliyyətinin gücləndirilməsinin, veteranları narahat edən problemlərin öyrənilərək müvafiq qurumların diqqətinə çatdırılmasının, beynəlxalq veteranlar təşkilatları ilə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. O, ölkə başçısının müvafiq Fərmanı ilə bütün yerli icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin yaradıldığını qeyd edərək, Veteranlar Təşkilatının həmin şöbələrlə əməkdaşlığının əhəmiyyətini bildirib. Rayon Veteran Təşkilatlarının sədrlərinə qrumlarla əlaqələrini genişləndirməyin vacibliyini tövsiyə etdi.
Rayon Veteran Təşkilatlarının sədrləri çıxış edərək Təşkilatın veteranların sosial-hüquqi müdafiəsinin gücləndirilməsi, gənclərin hərbi vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyəsinin təşkili və s. istiqamətlərdə gördükləri işlərin daha da yaxşılaşdırılmasını vacib məsələrdən hesab etdilər. Göstərilən tapşırıqların dərhal həll ediləcəyini bildirdilər. Görüş iştirakçıları Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti təbliğ edəcəklərinə əminliklərini ifadə etdilər.