Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2021 15:42
Fransa Prezidenti Emmanuel Makron etirazlara səbəb olan "NATO beyin ölümü keçirdi" açıqlamasını Türkiyəyə görə verdiyini iddia edib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Makron Türkiyənin Dağlıq Qarabağ (Azərbaycan) məsələsi ilə bağlı fəaliyyətinə də diqqət çəkib.
Qarabağdakı 44 günlük müharibə boyu işğalçı Ermənistana dəstək verdiyini gizlətməyən Fransa lideri bu dəfə də Türkiyəyə qarşı əsassız ifadələr səsləndirməkdən çəkinməyib:
"Türkiyə iki il əvvəl NATO, ABŞ və Fransa ilə heç bir koordinasiya qurmadan Suriyanın şimalında əməliyyat keçirdi. Bunu hərbi qüvvələrimiz döyüş meydanında olanda etdilər. Nəticədə ABŞ, NATO və Fransanın etibarı qalmadı. Bizimlə heç bir koordinasiya edilmirsə, necə inana bilərik? Türkiyə Liviya, Qarabağ və Aralıq dənizinin şərqində Avropa Birliyi və NATO-dakı partnyorlarına qarşı dost olmayan davranışlar sərgilədi. "NATO-nun beyin ölümü" sözünü də buna görə dilə gətirmişəm".
Qeyd edək ki, Fransa liderinin ötən il verdiyi açıqlama ABŞ, Almaniya, Böyük Britaniya, Türkiyə və digər müttəfiq dövlətlərin kəskin reaksiyası ilə qarşılanmışdı. ABŞ-ın sabiq Prezidenti Donald Tramp və Almaniya Kansleri Angela Merkel bun görə Makronu sərt tənqid etmişdi.