Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2021 16:30
ABŞ-ın keçmiş prezidenti Donald Trampdan hətta onun ən qatı dəstəkçiləri də üz döndərir.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, ölkənin populyar telekanallarından sayılan "Fox Business Network" "Lu Dobbsla bu axşam" adlı proqramın efirdən qaldırıldığını və jurnalistin işinə son verildiyini açıqlayıb. Adı çəkilən jurnalist respublikaçı dövlət başçısının ən böyük tərəfdarlarından biri sayılırdı.
Qeyd etmək lazımdır ki, 75 yaşlı jurnalistin qovulmasına əsas səbəb səsvermə maşınlarının istehsalçısı "Smartmatic" şirkətinin kanala qarşı verdiyi iddia ərizəsi olub. Firma öz ərizəsində ötən ilin noyabr ayının 3-də keçirilən seçki gecəsində "Fox" kanalının onu heç bir əsas olmadan seçkiləri saxtalşdırmaqda ittiham etdiyini bildirib.
Lakin dünyanın da ən böyük media qruplarından sayılan "Fox News Media" qovulmaları siyasi səbəbdən dolayı həyata keçirilmədiyini iddia edir. Kanalın verdiyi rəsmi açıqlamada proqramın hələ seçkilərdən öncə, modernizasiya işləri çərçivəsində ləğvinin planlaşdırıldığı qeyd olunub.
"Smartmatic"in iddiasına gəlincə, kanal 2020-ci il seçkilərinin işıqlandırması ilə qürur duyduğunu və buna görə də məhkəmədə hüquqlarını müdafiə edəcəyini bildirib.