Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynada kranlardan su əvəzinə yuyucu vasitə axdı

Ukraynada kranlardan su əvəzinə yuyucu vasitə axdı

Tarix: 6 Fevral 2021 17:40

Ukraynada evlərin kranından su əvəzinə yuyucu vasitə axıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, hadisə ölkənin Rivne vilayətinin Zareçnoye qəsəbəsində baş verib.

Sosial şəbəkələrdə yayılan video görüntülərdən aydın olur ki, sakinlər su kranını açarkən su əvəzinə köpüklü yuyucu vasitə axıb. Hələlik hadisə ilə bağlı Ukrayna səlahiyyətliləri heç bir açıqlama verməyib.

İllər öncə də Ukraynada belə bir hal yaşanmışdı. Ölkənin Lvov vilayətinin Borislov şəhərində su anbarına neft axdığı üçün mənzillərdə krandan su əvəzinə neft gəlmişdi. Nəticədə bir müddət şəhərin 7 minə yaxın əhalisi susuz qalmışdı

Milli.Az


Etiketlər:  Ukraynada kranlardan su əvəzinə yuyucu vasitə axdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ