Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2021 18:54
Biznes nümayəndələri Gürcüstan parlamentinin qarşısında qeyri-adi aksiya-performans keçiriblər - etiraz aksiyasının əsas iştirakçıları müxtəlif qəhrəmanların kostyumlarını geyinmiş musiqiçilər və animatorlar olub.
Bu barədə "Qafqazinfo" "Sputnik Gürcüstan"a istinadən xəbər verir.
Musiqiçilər, turizm biznesi, əyləncə və fitnes mərkəzlərinin nümayəndələri hökumətin bu sahələri açmaması ilə bağlı qərarına etiraz edirlər.
Onlar etiraz əlaməti olaraq Gürcüstan parlamentinin binası qarşısında performans nümayiş etdirilblər. Orada arzu edən hər kəs Tbilisiyə ekskursiya edə, animatorlarla şəkil çəkdirə və ya musiqiçiləri dinləyə bilər.
Həmçinin iştirakçılar parlamentin binası qarşısına "Nizamlama = aclıq", "Biz işləmək istəyirik" sözləri yazılmış plakatlar çıxarıblar.
Etirazçılara bələdçilər də qoşulub. Onlar etiraz əlaməti olaraq Tbilisiyə bir neçə kiçik ekskursiya təşkil edib.
Aksiyanın daha bir leytmotivi isə qapalı qış kurortlarının rəmzi kimi parlament binasının qarşısındakı xizəklər olub.