Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2021 17:32
"Fleetwood Mac" qrupunun yaradıcısı Mik Flitvud kokain istifadəsinə görə həyatının iki ilini unudub.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə o, "Classic Rock" nəşrinə müsahibəsində bildirib.
O, vurğulayıb ki, narkotiklərə aludəçilik 1977-ci ildə "Rumours" albomunun çıxmasından sonra nəzarətdən çıxıb.
"İki il işləmədim. Hətta həmin vaxt nə etdiyimi xatırlamıram", - deyə o, bildirib.
Musiqiçinin sözlərinə görə, kollektiv tamamilə kokain aludəçisinə çevrilmişdi, onlar uzun müddət narkotiklərdən asılı olublar.
Həmin illəri xatırlayarkən Flitvud "sərgərdan heyvanlara" bənzədiklərini bildirib.
"Ancaq biz yerdə ağzında yaşıl köpük sürünərək gəzən qruplardan deyildik. Biz işləyirdik, anlayırsınız?" - deyə qrupun yaradıcı bildirib.