Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2021 23:16
İngiltərə Premyer Liqasının 23-cü turunda bu gün "Liverpul"la görüşdə (4:1) dubl edən "Mançester Siti"nin futbolçusu İlkay Gündoğan karyerasının ən məhsuldar mövsümünü keçirir.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Premyer Liqada son 6 oyunda 6 qol vuran yarımmüdafiəçi ilk dəfə bir mövsümdə 10 qol həddini keçib.
Türk əsilli almaniyalı futbolçu dayaq yarımmüdafiəçisi olmasına baxmayaraq, bu mövsüm 2-si Çempionlar Liqasında olmaqla ümumilikdə 11 qol vurub. Maraqlıdır ki, o, bu qollardan 9-nu son 12 oyunda vurub. Mövsüm ərzində ümumilikdə 24 oyuna çıxan Gündoğan 2 məhsuldar ötürmə də edib.
Qeyd edək ki, Almaniya millisinin də üzvü olan 30 yaşlı futbolçu 2016-cı ildən "Mançester Siti"də çıxış edir.