Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vaksinasiyadan sonra toylara icazə verilə bilər? - VİDEO

Vaksinasiyadan sonra toylara icazə verilə bilər? - VİDEO

Tarix: 8 Fevral 2021 09:50

11 aydır ki, yeyib-içməkli və çal-çağırlı məclislərin keçirilməsi qadağandır. Səbəb isə ölkədə hökm sürən koronavirus pandemiyasıdır. Vaksinasiyadan sonra toyların keçirilməsinə icazə verilə bilərmi?

Milli.Az xəbər verir ki, bu, ölkədə hamının maraqla gözlədiyi məsələlərdən birinə çevrilib.

Restoran əməkdaşları ARB24-ə bildirir ki, artıq iyun ayının sonuna kimi yerlər tutulub və vətəndaşlar qadağaların götürüləcəyi günü gözləyir.

Həkimlər isə hesab edir ki, toyların keçirilməsinə müəyyən şərtlərlə icazə verilə bilər.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev isə qeyd edib ki, yoluxanların artma faizində azalmaya doğru gedilsə, vaksinasiya şəraitində peyvəndlənmə yekunlşana kimi, izolasiya qaydalarının effektivliyi yekunlaşdıqdan sonra, müxtəlif sahələrdə qapadılan və fəaliyyətinə icazə verilməyən, eləcə də toy və nişan məclislərinin keçirilməsinə icazə verilə bilər.

Milli.Az


Etiketlər:  Vaksinasiyadan sonra toylara icazə verilə bilər VİDEO


RƏYLƏR