Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Abşeron məktəblərində sanitar-gigiyenik qaydalara riayət olunmasına nəzarət gücləndirilib (FOTO)

Abşeron məktəblərində sanitar-gigiyenik qaydalara riayət olunmasına nəzarət gücləndirilib (FOTO)

Tarix: 8 Fevral 2021 11:33

Bakı. Trend:

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın göstərişi ilə 20.01.2021-ci il tarixdən etibarən rayon ərazisində fəaliyyət göstərən məktəblərin 1 fevralda fəaliyyətə başlaması ilə əlaqədar monitorinqlər keçirilib.

Məktəblərdə kiçik təmir-bərpa işləri aparılmış, sinif otaqları səliqəyə salınmış, partalar ara məsafəsinə uyğun olaraq düzülmüşdür. Dezinfeksiya və deratizasiya işləri aparılmışdır.

Məktəblərin istilik sistemi yoxlanılmış, elektrik və su xətlərində olan kiçik nasazlıqlar aradan qaldırılmışdır.

Rayonun 40 təhsil müəssisəsində 67 min şagirddən 29 min şagird kontingenti əyani təhsilə cəlb edilmişdir. Pedaqoji kollektiv və texniki işçi heyəti pandemiya qaydalarına uyğun olaraq işə mərhələli şəkildə cəlb olunmuşdur.

Bütün məktəblərdə sanitar-gigiyenik qaydalara riayət olunmasına nəzarət gücləndirilmişdir. Belə ki, dərs prosesi başlamazdan öncə şagirdlərin hərarəti ölçülür, siniflərə daxil olarakən ara məsafəsi gözlənilir, əlləri dezinfektiv məhlullarla dezinfeksiya edilir, tənəffüslər arası sinif otaqlarının havası dəyişdirilir və döşəmə dezinfeksiya edici məhlullarla silinir.

Abşeron məktəblərində sanitar-gigiyenik qaydalara riayət olunmasına nəzarət gücləndirilib (FOTO) - Gallery Image Abşeron məktəblərində sanitar-gigiyenik qaydalara riayət olunmasına nəzarət gücləndirilib (FOTO) - Gallery Image Abşeron məktəblərində sanitar-gigiyenik qaydalara riayət olunmasına nəzarət gücləndirilib (FOTO) - Gallery Image Abşeron məktəblərində sanitar-gigiyenik qaydalara riayət olunmasına nəzarət gücləndirilib (FOTO) - Gallery Image


Etiketlər:  Abşeron məktəblərində sanitar gigiyenik qaydalara riayət olunmasına nəzarət gücləndirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ