Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Küsülü olduğu müğənnidən Flora Kərimova haqda gözlənilməz sözlər - VİDEO

Küsülü olduğu müğənnidən Flora Kərimova haqda gözlənilməz sözlər - VİDEO

Tarix: 8 Fevral 2021 12:55

Bizim aramızda 32 il fərq var. Yaşını, ağbirçəkliyini, böyük sənətini sevərək həyatıma davam edirəm. Bu yaxınlarda nənə olmalıdır. Allah o səadəti doyacan yaşamağı ona qismət etsin.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "ATV maqazin onlarla" proqramında illərdir küsülü olduğu Xalq artisti Flora Kərimovanın ünvanına deyib. Müğənni Kərimova ilə bağlı suallara belə cavab verib:

"Darıxmışıq, mahnılar yazdırsın. Allahın lütfi üzərində, səsi yerindədir. Flora Kərimovanın ifaları Azərbaycan xalqına lazımdır. O, çox zəngin sənət baqajı olan insandır. Bizim aramızda çox səmimi münasibət olub. Mən Bakıda olmayanda ailəmə, atama zəng vurub danışırdı. Heç mənə demədən... Baxın, mən onu qoruyub saxlayıram. Ondan o yana keçmək istəmirəm".


Etiketlər:  Küsülü olduğu müğənnidən Flora Kərimova haqda gözlənilməz sözlər VİDEO


RƏYLƏR