Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2021 13:48
Rusiya sülhməramlıları Kəlbəcər bölgəsinə 150 ton humanitar yardımın çatdırılmasını təmin edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Sülhməramlı kontingent Azərbaycan Respublikasına qaytarılmış ərazilər arasında humanitar yüklərin tranzitini təşkil edir.
Bildirilib ki, sosial obyektlər və yaşayış binalarında enerji və su təchizatı sistemlərinin bərpası üçün 20 "KamAZ" hərbi yük maşını və onu müşayiət edən 5 avtomobildən ibarət Humanitar Reaksiya Mərkəzinin ikinci kolonu Kəlbəcər rayonuna 150 tondan çox tikinti materialını çatdırıb. Konvoyun marşrutunun Suqovuşan və Vəng yaşayış məntəqələrindən keçdiyi bildirilib.
Sözügedən yardımın 9 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli sazişin şərtləri əsasında göstərildiyi qeyd olunub.