Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2021 19:20
"Köln"ün futbolçusu Dominik Drekslerlə öz azarkeşlər arasında qalmaqal baş verib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, hadisə 20-ci turda "Borussiya" - "Köln" (Münhenqladbax) oyunundan əvvəl baş verib. 30 yaşlı yarımmüdafiəçi görüşdən öncə komandanı pirotexniki vasitələrlə müşayiət edən fanatları təhqir edib.
Komanda Kölnə qayıtdıqdan sonra isə klubun ultrasları futbolçuları salamlayıb və Drekslerdən onların yanına gəlməsini tələb edib. Bu vaxt Dreksler sürətlə oradan uzaqlaşıb.
Klubun yetirmələrindən olan Lukas Podolski bu hərəkətinə görə Dreksleri tənqid edib. O Tvitterdə yazıb: "Əgər öz azarkeşlərini axmaq adlandırırsansa, bu formanı daşımağı haqqın yoxdur".
Daha sonra futbolçu etdiyi hərəkətə görə üzr istəyib.