Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2019 19:24
Bakı. Trend:
“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarında 1/64 final mərhələsində dördüncü dövrəyə də yekun vurulub.
Trend-in məlumatına görə, Azərbaycan təmsilçisi Tamerlan Əzizov italiyalı Daniele Miniginiyə məğlub olub - 0:2 (4:6, 3:6). Digər qarşılaşmalarda isə Slovakiya idmançısı Peter Nad belaruslu Alexi Xamrotovu 2:0 (6:1, 6:3), rumıniyalı Andrei Voykan isveçli Eldin Nokiçi 2:0 (6:1, 6:3), rusiyalı Nikita Boçkarev britaniyalı Matt Rankini 2:1 (6:2, 2:6, (12:10)), Linda Klimovikova (Çexiya) Katrin Esadeni 2:0 (6:3, 6:0), Lisa Varul (Estoniya) Mafalda Guedeşi (Portuqaliya) 2:0 (6:0, 6:4) məğlub ediblər.
Qeyd edək ki, bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.
Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.
Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək.
XV Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin