Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sumqayıtın icra başçısı peyvənd olundu (FOTO)

Sumqayıtın icra başçısı peyvənd olundu (FOTO)

Tarix: 9 Fevral 2021 14:42

Bakı. Ceyhun Ələkbərov - Trend:

"Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq Sumqayıt şəhərində də vaksinasiya prosesi davam edir.

Sumqayıt şəhəri İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, şəhərdə vaksinasiya prosesinin həyata keçirilməsi üçün 8 tibb məntəqəsi fəaliyyət göstərir.

Tibb məntəqələrində təlimatlara uyğun zəruri şərait yaradılıb. İndiyədək 4 minə yaxın şəhər sakini peyvənd edilib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da bu gün COVID-19 əleyhinə peyvənd olunub.

Sumqayıtın icra başçısı peyvənd olundu (FOTO) - Gallery Image Sumqayıtın icra başçısı peyvənd olundu (FOTO) - Gallery Image Sumqayıtın icra başçısı peyvənd olundu (FOTO) - Gallery Image


Etiketlər:  Sumqayıtın icra başçısı peyvənd olundu FOTO


RƏYLƏR