Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2021 15:27
“Twitter” sosial şəbəkəsi reklam gəlirlərindən asılılığını azaltmaq üçün bir sıra ödənişli funksiyaların tətbiqi imkanını nəzərdən keçirir.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Bloomberg” nəşrinin məlumatına görə, eyni anda bir neçə lentə baxmağa imkan verən “Tweetdeck” kimi xidmətlərin istifadəsinə görə ödəniş tətbiq etmək nəzərdə tutulur. Bundan başqa, sosial şəbəkədə "mesaj göndərilməsinin ləğvi" kimi funksiyalar şirkət üçün gəlir mənbəyi ola bilər.
Həmçinin reklamın deaktiv edilməsi, eksklüziv məzmun və ya daha keyfiyyətli videonun yüklənməsinə görə ödənişin tətbiqi imkanı müzakirə edilir.
Emil Hüseynov