Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Portu"nun oyununda kuryoz hadisə - VİDEO

Tarix: 11 Fevral 2021 11:52

Portuqaliya kubokunun "Braqa" və Portu" arasında keçirilən yarımfinal matçında kuryoz hadisə baş verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, meydan sahiblərinin müdafiəçisi David Karmo ikinci hissədə zədələndiyi üçün təcili yardım maşını meydançaya girib. Lakin nasazlıq səbəbindən maşın meydanda hərəkət edə bilməyib.

Hər iki komandanın oyunçuları onu itələmək məcburiyyətində qalıb. Təcili yardım maşını meydanı tərk etdikdən sonra oyun davam etdirilib.

Qeyd edək ki, görüş 1:1 hesabı ilə başa çatıb.

Milli.Az


Etiketlər:  Portunun oyununda kuryoz hadisə VİDEO


RƏYLƏR