Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Artak Zakaryan: ''Ermənilər heç vaxt bu qədər sınıq, narahat və məyus vəziyyətdə olmayıblar''

Artak Zakaryan: ''Ermənilər heç vaxt bu qədər sınıq, narahat və məyus vəziyyətdə olmayıblar''

Tarix: 11 Fevral 2021 13:44

İki mühüm vəziyyət - Qarabağdakı müharibə və Nikol Paşinyanla əlaqəli boş ümidlər ermənilərdə böyük məyusluğa səbəb olub.

Milli.Az bildirir ki, Ermənistan mətbuatı yazır ki, Ermənistanın keçmiş müdafiə nazirinin müavini, keçmiş millət vəkili, Avronest Parlament Assambleyasındakı Ermənistan nümayəndə heyətinin keçmiş rəhbəri Artak Zakaryan bu barədə Facebook səhifəsində yazıb.

"Ermənilər heç vaxt bu qədər sınıq, bu dərəcədə narahat, bu qədər məyus vəziyyətdə olmayıblar. İnsanlarla danışırsan və inandırmağa çalışırsan ki, cəsarətli, əmin olsunlar, həyat hələ davam edir, ruhdan düşmək olmaz. Son yüz ildə erməni son bir ildə olduğu kimi güclü psixoloji zərbə görməyib. Qeyri-müəyyənlik dolaşıqlığı praqmatik, nikbin, inanan və çalışqan erməninin fikrini getdikcə qarışdırır. İnsanlar sabahlarını görmürlər.

Səbəblər isə bəllidir. Birincisi, müharibənin ağrılı nəticələri. Müharibə günahkarları hələ də səlahiyyətlilərin qanadı altında gizlədilir. Qarabağın əlçatmazlığı və Ermənistanın təhlükəsizliyini düşündürən müharibə Ermənistanda mümkün həyat və inkişaf perspektivlərini alt-üst etdi", - deyib Artak Zakaryan.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Artak Zakaryan Ermənilər heç vaxt qədər sınıq narahat məyus vəziyyətdə olmayıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ