Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2021 13:52
"Qarabağ"ın sabiq futbolçusu, hazırda ölkəsi Polşanın "Visla" (Plotsk) klubunda oynayan Yakub Jezniçak Ağdam klubunun bu mövsüm Avropa Liqasının pley-off mərhələsində "Legiya"ya qalib gəldiyi oyunu (3:0) xatırladıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, "weszlo.com" saytına müsahibəsində bununla bağlı deyib:
"Matçın gedişatına təəccübləndim. Daha bərabər səviyyəli oyun gözləyirdim. Açığı, qrupdakı nəticələrinə baxanda "Qarabağ"ın bu qədər güclü olduğunu düşünmürdüm. Amma hər şeyi olduğu kimi etiraf etmək lazımdır".
Qeyd edək ki, "Qarabağ" səfərdə "Legiya"nı məğlub edərək Avroliqanın qrup mərhələsinə yüksəlmişdi.