Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2021 16:15
Populyar "WhatsApp" messencerində köhnə problem – eyni vaxtda bir neçə qurğuda işləməyin qeyri-mümkünlüyü həll ediləcək. Bu barədə "WABetaInfo" portalı yazıb.
"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, şirkət "WhatsApp" messencerinin eyni vaxtda yalnız bir neçə qurğuda işləməsini deyil, həm də smartfona qoşulmadan işləyən veb-kliyenti sınaqdan keçirir. Hazırda sözügedən messencer konkret qurğu və telefon nömrəsinə bağlı işləyir.
Hələ ki yeni funksiya beta-test mərhələsindədir.
Emil Hüseynov