Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Navalnının növbəti məhkəməsi keçirilir

Navalnının növbəti məhkəməsi keçirilir

Tarix: 12 Fevral 2021 12:00

Rus müxalif bloqer Aleksey Navalnı Böyük Vətən Müharibəsi veteranı İqnat Artemenkoya qarşı böhtanla əlaqədar cinayət işinə baxılması üçün Babuşkinski məhkəməsinə gətirilib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Navalnı məhkəməyə "Matrosskaya Tişina" təcridxanasından Penitensiar Xidmətin avtomobilində gətirilib.

Mümkün icazəsiz aksiyaların qarşsını almaq üçün məhkəmə qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib. Ancaq hazırda məhkəmə binası ətrafında Navalnının tərəfdarlarının olmadığı bildirilib.

Qeyd edək ki, Navalnıya qarşı bu ittihama Böyük Vətən Müharibəsi veteranı Artemenkonun Rusiya Konstitusiyasındakı dəyişiklikləri dəstəklədiyi videonu şərh edərkən işlətdiyi ifadələr səbəb olub. İttiham aktına görə, bloqer videonun altına qəsdən yalan və qazinin şərəf və ləyaqətini ləkələyən şərhlər yerləşdirib.

Təqsiri sübut edildikdə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 128.1-ci maddəsinin 2-ci hissəsinə əsasən, ona cərimə və ya məcburi iş təyin edilə bilər.


Etiketlər:  Navalnının növbəti məhkəməsi keçirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ