Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''ƏDVgerial'' layihəsi üzrə əhaliyə 33,4 milyon manat vəsait qaytarılıb

''ƏDVgerial'' layihəsi üzrə əhaliyə 33,4 milyon manat vəsait qaytarılıb

Tarix: 12 Fevral 2021 14:32

Bakı. Fidan Babayeva, tərcümə Orxan Nəbiyev - Trend:

2021-ci il üçün Dövlət Vergi Xidmətinin əsas prioriteti daxili bazarın dəstəklənməsi və stimullaşdırılmasıdır.

Trend-in məlumatına görə, bunu Dövlət Vergi Xidməti rəhbərinin vəzifələrini icra edən Orxan Nəzərli "Post-pandemiya dövründə vergi sistemi" adlı konfransda deyib.

O bildirib ki, kölgə iqtisadiyyatı ilə mübarizənin davam etdirilməsi planlaşdırılır:

"2022-ci ilin sonunadək Azərbaycanda bütün kassa aparatları yeni nəsil aparatlarla əvəz olunacaq. Hazırda ticarət və ictimai iaşə müəssisələrində 23 mindən çox yeni nəsil elektron kassa aparatları quraşdırılıb".

O.Nəzərli əlavə edib ki, "ƏDVgerial" layihəsi nağdsız ödənişlərə marağın artmasına səbəb olub. Ötən il layihə çərçivəsində vətəndaşlara 33,4 milyon manat vəsait qaytarılıb:

"Hazırda edvgerial.az portalında 900 mindən çox istifadəçi qeydiyyata alınıb".


Etiketlər:  ƏDVgerial layihəsi üzrə əhaliyə milyon manat vəsait qaytarılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ